"Qarabağ" Sivasda Dövlət Himni və gül-çiçəklə qarşılandı
Avropa Liqasının I qrupunun III turunda Türkiyədə “Sivasspor”la üz-üzə gələcək “Qarabağ” komandası Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.
“Report” Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Sivas valiliyi və Sivas Milli Təhsil İdarəsi tərəfindən komandanın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və “Qurani-Kərim” hədiyə olunub.
Daha sonra xüsusi ansambl Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını səsləndirib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Yerli klub isə rəsmi tvitter hesabından “Qarabağ” klubunun postunu paylaşaraq “Sivasa xoş gəldiniz, bura sənin evindir” yazıb.
Qeyd edək ki, noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq