“Qarabağ” - “Sevilya” oyununa ilk gündə - 10 min bilet satıldı
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.
“Kommersant.az” xəbər verir ki, artıq qarşılaşmanın biletləri sentyabrın 14-dən etibarən satışdadı. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-di.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ilk gündə 10000 bilet artıq satılıb. Bu isə qısa zamanda bütün biletlərin satılacağı ehtimalını artırır.
Sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı