“Qarabağ”la oyun öncəsi Lüksemburq çempionunun butsları oğurlandı
Lüksemburqun “F91 Düdelanj” klubu soyğuna məruz qalıb.
“Tageblatt” xəbər verir ki, hadisə bazar günü gecə Lüksemburq çempionunun Rosportda “Viktoria” ilə oyunundan sonra paltardəyişmə otağında baş verib.
Oğrular 27 cüt buts (futbol ayaqqabısı), təlim-tədris materialları, bir neçə forma, şort və idman ləvazimatlarını özləri ilə aparıb. Lüksemburq polisi artıq DNT izlərindən istifadə edərək günahkarları tapmağa çalışır. Polis hazırda şübhəli şəxsləri görən şahidləri araşdırıb sorğu-suala tutmaqla məşğuldur.
“F91 Düdelanj”ın prezidenti Romen Şumaxer isə bu barədə bunları deyib:
“Butslar futbolçular üçün çox incə məsələdir”.
Qeyd edək ki, “F91 Düdelanj” klubu bu gün UEFA Avropa Liqası çərçivəsində “Qarabağ”la qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə Lüksemburq komandası futbolçuları yeni butslarla meydana çıxmalı olacaq.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı