"Qarabağ" klubu UEFA-nın azarkeşlərlə bağlı hesabatında birinci yeri tutub
UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşləri ən aktiv olan klubun adını açıqlayıb.
“Report” xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının hər bir izləyicisinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır.
Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi “Real Madrid”dir – 222 milyon. Bu, 2019-cu ilin iyul ayının göstəricisidir.
2018-ci ilin iyunundan 2019-ci ilin müvafiq dövrünə qədər Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klublun sosial şəbəkələrdəki səhifələrində ümumilikdə 8,4 milyard fəaliyyət olub (bəyənmə, şərh, paylaşım).
Qeyd edək ki, hesabat hazırlanarkən, “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
