"Qarabağ"ın Avropa Liqasında "Sevilya" ilə oyununun biletləri satışa çıxarılıb
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ilk matçının biletləri satışa çıxarılıb.
İspaniyanın “Sevilya” klubuna qarşı sentyabrın 19-da keçiriləcək görüşü izləmək istəyən azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər.
Bunun üçün onlar sektorlardan asılı olaraq, 3, 5, 15, 20, 50 və 100 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m) və onlayn şəkildə İticket.az vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 19-da baş tutacaq “Qarabağ” – “Sevilya” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı