“Qarabağ Azərbaycanın tarixi ərazisidir” – Gürcüstanlı futbolçu
Əslən Gürcüstandan olan, “Azal” futbol klubunun yarımmüdafiəçisi Nuqzar Kvirtiya Qarabağ cəbhəsində yaşananlara münasibət bildirib.
Minval.info xəbər verir ki, futbolçu sosial şəbəkədə Azərbaycanın erməni hücumuna məruz qaldığını, öz torpaqlarını azad etmək uğrunda döyüşdüyünü yazıb:
“Artıq 11 ildir ki, Azərbaycan torpağında gəzirəm və Azərbaycanı ikinci vətənim hesab edirəm. Qızımız Qabi Bakıda anadan olub. Burada öz işimi qurdum və ən yaxşı futbol karyeram Azərbaycana aiddir. 1992-ci ildə ailəmlə mən evimizi tərk edib müharibədən qaçmağa məcbur olduq. O müharibədə bir-birinin ardınca həlak olan qonşularımı xatırlayıram, tankları xatırlayıram, evimizə necə atəş açdıqlarını, keçdiyimiz yolu xatırlayıram, uşaq idim, amma hadisələr yaddaşıma yazılıb. Müharibəyə, qan tökülməsinə qarşıyam.
Azərbaycanın təcavüzkar olduğunu düşünən bütün dostlarıma səslənirəm: Azərbaycan təcavüzdən çox uzaqdır.
Aşağıda Qarabağla bağlı vəziyyəti daha yaxşı başa düşməyə kömək edəcək faktları sadalayıram:
Qarabağ Azərbaycanın tarixi və rəsmən tanınmış ərazisidir. İndi müharibə Ermənistan ərazisində aparılmır və Azərbaycan ordusu kiminsə torpaqlarını ələ keçirməyə çalışmır.
Azərbaycan 30 il əvvəl ərazilərini azad edə bilərdi.
Ancaq 1994-cü ildə tərəflər atəşkəs sazişi imzaladılar və münaqişənin ATƏT-in Minsk qrupunun köməyi ilə həllinə çalışıldı. Ancaq bu illər ərzində İrəvan işğal olunmuş ərazilərin sülh yolu ilə azad edilməsi üçün tədbirlər görməyib.
Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq 27 sentyabr 2020-ci ildə Azərbaycanda cəbhə bölgəsindəki mülki əhali atəşə tutuldu. Hər şey bundan sonra başladı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rafael Ağayev qızıl medal şansını itirdi
Prezidentin icra başçısı təyin etdiyi Seymur Orucov kimdir? (DOSYE)
"Qarabağ"a görə deputatdan AZTV sədrinə ağır sözlər
McDonalds restoranlarına gedənlərə dəhşətli XƏBƏR: “Övladlarınız yazıqdır!”
"Əbülfəs Qarayevi nazir olanda niyə tənqid etmirdiniz?" — Həmidə Ömərova
Qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir - Deputat