Qanunsuz silah gəzdirən keçmiş məhkum tutuldu
Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyindən “Minval.info” verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
Eyni zamanda polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ü.Məmmədov tapdığı “TT” markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı