Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 42 əcnəbi saxlanılıb -
Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) avqustun1-də və 2-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pakistan, 2-si İraq, 2 -si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşı olmaqla, ümumilikdə 42 əcnəbini saxlayıb.
Qurumdan Minval.info-ya verilən məlumata görə, saxlanılan 10 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 3 nəfər Türkmənistan (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 25 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
O cümlədən, əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarılmış 1 nəfər – 08.06.1982-ci il təvəllüdlü İraq vətəndaşı Ahmad Jabbar Kadim Tameeminin bilərəkdən pasport məlumatlarını dəyişərək Ahmad Gabar Kadim Tameemi kimi yenidən Azərbaycan Respublikasının ərazisinə daxil olduğu aşkar edilib.
Saxlanılmış əcnəbilərdən 31 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
https://www.youtube.com/watch?time_continue=3&v=BIV1u5qevKw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!