17.09.2026 - 19:26
Ölkə 14 baxış

Qanunsuz ət satışı: Sağlamlığınıza təhlükə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq müayinəsindən keçməmiş heyvanların kəsilərək ətinin satışa çıxarılmasının insan sağlamlığı üçün ciddi təhlükələr yaratdığını açıqlayıb. Xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi nəticəsində insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.

Minval.info xəbər verir ki, heyvan mənşəli məhsullar vasitəsilə exinokokk və trixinella kimi parazitlər insan orqanizminə daxil olaraq müxtəlif fəsadlara səbəb ola bilər. Antisanitar şəraitdə heyvanların kəsilməsi zamanı ətin Salmonella, E. coli-nin O157 seroqrupu və Listeria kimi patogen mikroorqanizmlərlə çirklənməsi mümkündür ki, bu da qida zəhərlənməsi riskini artırır.

Agentlik istehlakçıları ət və ət məhsullarını yalnız baytarlıq nəzarətindən keçmiş, müvafiq qaydada fəaliyyət göstərən kəsim məntəqələrindən və satış obyektlərindən almağa çağırır. Qanunsuz kəsim məntəqələrində əldə edilən ət məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: