Qanı toksinlərdən təmizləyən məhsullar açıqlandı
İstənilən sağlam orqanizm öz özünü təmizləməyə və bərpa etməyə qadirdir. Lakin, bəzən orqanizmə bu işdə kömək etmək də lazım olur…
“Qafqazinfo” xarici mətbuata istinadən bildirir ki, tibb mütəxəssisləri qanı zərərli maddələrdən ən effektiv şəkildə təmizləyən məhsulları açıqlayıb. Onlar aşağıdakılardır:
Sarımsaq. Hər kəs onu virus əleyhinə vasitə kimi istifadə etməyə öyrəşib. Lakin, bilmək lazımdır ki, o, həmçinin tərkibindəki allitsin sayəsində qan üçün də çox xeyirlidir. Allitsin ağ qan hüceyrələrinə (leykositlər) müsbət təsir göstərir. Sarımsaqdan istifadə isə insult və infarkt riskinin yaranmasından qorunmağa kömək edir. Bundan başqa, sarımsaq qandan nikotinin çıxarılmasında iştirak edir. Bu, siqaret çəkənlər üçün çox faydalıdır.
Alma. Qanın təmizlənməsi üçün ən yaxşı mövsüm meyvəsidir. O, qanı toksinlərdən azad etməkdə və enerjinin bərpasında kömək edir. Həmçinin alma soyuqdəymə və virus xəstəlikləri zamanı yardımçı olur. Almanın tərkibindəki pektin qandan ağır metalların duzlarını çıxarır, sellüloz isə piy qatlarını dağıdır. Oxşar təsirə armud da sahibdir.
Kələm. Tərəvəzin tərkibindəki A və C vitaminləri immun sisteminin gücləndirilməsinə və orqanizmin xəstəliklərdən sonra bərpa olunmasına kömək edir. Kələm yarpaqlarındakı izotiotsianatlar qandan kantseroqenlərin çıxarılmasına yardımçı olur. Tərəvəz, həmçinin mədə-bağırsaq traktı orqanlarına müsbət təsir göstərir, hansı ki, nəticədə qanın təmizlənməsinə gətirib çıxarır.
Yulaf və qoz. Faydalı lif və sellülozla zəngin məhsullar orqanizmdə yağ və kimyəvi birləşmələrin miqdarını azaltmağa kömək edir. Onlar, həmçinin qandakı “pis” xolesterinin və şəkərin səviyyəsini normallaşdırmağa qadirdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq