"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO
Türkiyənin “Qalatasaray” klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.
“Minval.info”un məlumatına görə, İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında bunları yazıb:
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
“Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağıda asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. “Qalatasaray”lılıq ölməz”.
Bundan əlavə tanınmış idman jurnalisti Gündüz Abbaszadə qeyd edib ki, klub məsələyə həssas yanaşmağa davam edəcək: “”Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Ailəsi “Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək.
“Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay biraz əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
