"Qalatasaray"ın prezidenti şəhidimizdən danışdı
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov barədə danışıb.
Minval.info xəbər verir ki, 71 yaşlı funksioner bu ifadələri işlədib:
“Komandaya azarkeşlik etmək sözlə ifadə olunmayan bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. “Övladım yaşasaydı çox xoşbəxt olardı” dedi. Bu bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin”.
Qeyd edək ki, daha əvvəl “Qalatasaray” klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” ifadəsini işlədib.
Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: “Bu, “Qalatasaray” sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beşiktaş – Bayern Munich - CANLI
Qazilər nazirliyin qarşısında aksiya keçirdi - Rəsmi açıqlama - VİDEO
Gəncədə insanların üstünə “vzrıvpaket” atanlar həbs edildi - VİDEO
Ronaldodan sonra Zinəddin Zidan da "Yuventus"da
Şenol Günəşdən İslandiyaya cavab: Şəhər böyüyüb, beyinlər kiçilib
Azərbaycanda qadını və oğlunu güllələyib evini yandırdılar - TƏFƏRRÜAT
Rusiyanın Ukraynada itkiləri: SON RƏQƏMLƏR
