“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.
Minval.info xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.
Bunu klubun prezidenti Mustafa Çengiz açıqlayıb. O, “Qalatasaray”ın 22-ci Super Liqa çempionluğunu qeyd olunması mərasimində çıxış edərək F.Terimlə anlaşma barədə məlumat verib: “Daha öncə ürəklərdə atılan imzanı kağız üzərinə köçürmək istəyirik. Fatih Terimlə yeni 5 illik müqavilə imzalayırıq. Bu 5 illik imza 5-ci ulduzun əskik olan qanadlarıdır”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “sarı-qırmızılar”ı çalışdıran F.Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq


