Qaladan sonra 50 nəfər cərimələndi - Şikayət

Müğənni Səmra Rəhimli dələduzluğa məruz qalıb. Minval.info yazır ki, ötən gün “Zəhər tuluğu” filminin qala gecəində qatılan sənətçi naməlum şəxslər tərəfindən aldadılıb.
Səmra avtomobilini parkinq üçün iki nəfərin ona yaxınlaşdığını, 15 manat aldığını qeyd edib. Rəhimli bildirib ki, premyeradan sonra 40-50 nəfər maşınının cərimələndiyini görüb:
“Onlar dedilər ki, biz burada çalışırıq, Sarayın işçiləriyik, gecə saat 12-ə qədər burdayıq. Hətta soruşdum ki, burada saxlayanda problem olmur? Dedi ki, tədbir olan günlər saxlamaq olar. Biz də maşınımızı parkinq etdik, 15 manat da pul ödədik. Hətta 40-50 nəfər saxlamışdı, hamısı da pul verib. Çıxanda şikayətlənirdilər, çünki hər kəs cərimələndi. Biz tədbiri tərk edəndə polislərə yaxınlaşdıq, şikayət etdik.
Polis işçiləri dedi ki, bu ilk dəfə deyil, hər dəfə tədbir olanda eyni hal təkrarlanır. Mən aidiyyəti qurumlara müraciət edirəm ki, bu dələduzluğun qarşısı alınsın. Söhbət 15 manatdan getmir. Sadəcə bu iki şəxs kimsədən qorxmadan şəhərin mərkəzində özlərini sarayın işçisi olaraq təqdim edərək insanlardan pul yığırlar”.
Minval.info məsələ ilə bağlı Heydər Əliyev adına Sarayı ilə əlaqə saxlayıb. Sarayın mətbuat xidmətinin rəhbəri Aytac Bağırlı məsələni nəzarətə götürəcəklərini açıqlayıb:
“Sarayın nə qarşısında, nə də arxasında dayanacaq yeri var. İkincisi də saray məsuliyyət daşımır. Çünki bura Bakı Nəqliyyat Agentliyinə baxan dairədir. Bizdə dayanacaq ümumiyyətlə yoxdur. Özlərini sarayın əməkdaşı kimi təqdim edənlər, bizim işçilər deyil. Çünki bizim ixtiyarımız yoxdur ki, deyək, orada, ya da burada saxlaya bilərsiniz. Biz bu halın qarşısını almaq üçün çalışırıq. Lakin onlar müəyyən müddət gedirlər, sonra qayıdırlar. Bir daha belə bir vəziyyətin olduğunu rəhbərliyə bildirəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi