“Qadının ucbatından baş verib" - Dünya çempionunun həlak olduğu qəza barədə
“Fərhad qadının avtomobilini vurmamaq üçün qarşı yola çıxıb və başqa avtomobillə toqquşub”
Xəbər verildiyi kimi, MMA döyüş növü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov yol qəzası keçirib. İdmançı “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.
Fərhad Poladov hadisə zamanı ağır xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Amma idmançının həyatını xilas etmək mümkün olmayıb və dünən 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hadisənin detalları barədə AYNA-ya danışan F.Poladovun məşqçisi Ruhi Hüseynov bildirib ki, qəza qarşıda hərəkət edən avtomobilin sürücüsünqn səhvi ucbatından baş verib: “Qarşıdakı avtomobili qadın idarə edirmiş. O, Fərhadı çaşdırıb. Qadının avtomobilini vurmamaq üçün Fərhad qarşı yola çıxıb və başqa avtomobillə toqquşub”.
“Hadisə nəticəsində idmançımız ağır xəsarətlər alıb. Çənəsi, qabırğaları, ayağı, qolu sınıb, daxili orqanları zədələnib. Vəziyyəti ağır idi… Biz daha bir peşəkar idmançımızı itirdik” – deyə Ruhi Hüseynov əlavə edib.
Qeyd edək ki, F.Poladov idman sahəsində bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin, 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. Habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını əldə edib.
Savat və Saolin Döyüş Sənətləri Federasiyasında gənclərdən ibarət milli komandanın baş məşqçisi idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda