Qadını doğrayıb zibil qabına atan qayınatası saxlanılıb
Bakıda qadını öldürüb doğrayaraq zibil qabına atan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Minval.info”ya verilən məlumata görə, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə məlumat daxil olub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
ƏLAQƏLİ
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın oğlunun adı qarışdığı qətl hadisəsi ilə bağlı yeni məlumatlar
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bakıda kafedə baş verən qətl hadisəsində deputatın oğlu şübhəli bilinir
Bakıda ölümlə nəticələnən davada deputatın oğlu iştirak edib
82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı