"“Qadına şiddətə yox” aksiyalarına qatılaram, amma bir şərtlə...” – Azərbaycanlı aktyor
“Türkiyə-Azərbaycan ortaq istehsalı olan filmdə rol alacağam. Türkiyəli aktyorlardan nə bir qəpik aşağı, nə bir qəpik yuxarı qonorar alacağam. Qonorar məbləğimiz eynidir. Çəkilişlər noyabrın 15-i başlamalıdır. Qonorarım 110 min Çin yuanıdır (red – təxminən 26 700 manat) “.
Bu sözləri musavat.com-un suallarını cavablayan aktyor Rüfət Nəzər deyib. Aktyor Türkiyə film sektoruna qoşulmaq haqda düşünmədiyini bildirib:
“Biri var ki, yiyəsiz olanı götürəsən, nə desələr, razılaşasan, əməl edəsən. Biri də var, sənə ehtiyac ola. Hazırda mən Azərbaycanda yeganə aktyoram ki, bir çox beynəlxalq layihələrdə yer almışam. Qazaxıstan səfərimiz gözlənilir. Rusiyada çəkilişlərim olub. Xorvatiyada və Bolqarıstanda da filmlərdə rol almışam. Mənə deyirlər ki, sənə niyə Xalq artisti adı vermirlər? Cavab verirəm ki, mən beynəlxalq artistəm. Təbii ki, bu zarafatdır. Mənim Türkiyəni fəth etmək fikrim yoxdur.Təbii ki, Türkiyədən təklif gəlsə, razılaşacağam. Xüsusi hədəfim yoxdur, yaxşı layihələri qiymətləndirirəm”.
– Hazırda hind filminə çəkilirsiniz, amma işlərinizi reklam, pr etmirsiniz. Amma digər həmkarlarınız bu məsələdə aktivdir.
– Tam razıyam. Amma bəziləri fəaliyyətindən çox PR-ı ilə məşğuldur. Mən isə işimə öncəlik verirəm. Mən müəllimim Fuad Poladovu örnək götürürəm. Demirəm ki, o nə töküb, onu yığıram. Demirəm ki, özümü oxşadıram. Əslində müəllimimə oxşamaq istərdim. İşə önəm vermək mənim ruhuma daha yaxındır.
– Teatrların hazırkı durumu sizi qane edir?
– Mən yeniliyin tərəfdarıyam. Köhnəliyi saxlayaraq, yenilik gətirilməlidir. Yeniliklərin və islahatların tərəfdarıyam. Hazırda teatrların inovasiya və modernləşdirilməyə ehtiyac var. Köhnə məktəbi qoruyub, yenilikləri tətbiq etmək lazımdır. Yoxsa heç vaxt inkişaf etmərik.
– Tanınmışların tez-tez qadına şiddət haqqında açıqlamalarına şahid oluruq. Onlar həyat yoldaşlarını döydüklərini fəxrlə deyirlər. Hətta, bir müddət öncə qadınlar qadınlara qarşı şiddətə yox demək üçün küçələrə çıxdılar, aksiya keçirdilər.
– Mən ölkədə yaşananları izləyirəm. Bu mənim vətəndaşlıq borcumdur. Qadın zərifdir, zəif deyil. Kişi zərif deyil. Qadına qarşı şiddət göstərmək kişinin zəifliyidir. Xanıma daim hörmət, izzət olmalıdır. O zaman qadın kişiyə qarşı xanımlığını göstərəcək.
Qadınların keçirdiyi aksiyaya gəldikdə isə reqlament deyilən şey var. Razılaşdırılmış yerdə mitinq keçirin, şiddətə yox deyin, şüarınızı səsləndirin. O zaman mən də “qadına şiddətə yox” aksiyalarına çıxaram və qadınların haqlı olduğunu deyərəm. Amma asayişi pozmaları, aksiyanın səhəri (red – 19 oktyabr aksiyasını nəzərdə tutur) yürüş etmələri doğru deyil. Çünki mitinqdən uzaq olan insanların psixologiyasını pozur. Mənim 44 yaşım var, demək olar ki, bütün çətin dövrləri görmüşəm. Çörək növbələrinə, Sumqayıt hadisələrinə, 20 Yanvar dəhşətinə şahid olmuşam. Ona görə sakit ölkədə, sülh içində yaşamaq istəyirəm.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi