Qadın sürücünün körpəni avtomobillə vurub öldürməsi ilə bağlı cinayət işi başlanıb
Bakı şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğu ölümlə nəticələnən hadisə ilə bağlı birgə məlumat yayıb.
Musavat.com-a daxil olan məlumatda bildirilib ki, iyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın “Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı