Qadın sənətçilərimiz hansı futbol klubuna azarkeşlik edirlər?
Son dövrlər xanımların futbol izləməsi, futbol komandalarına azarkeşlik etməsi geniş vüsət alıb. Qadın sənətçilərimizin də sevdiyi, oyunlarını izlədiyi futbol klubları var.
Minval.İnfo-nun əməkdaşı xanım sənətçilərimiz arasında sorğu keçirib, hansı futbol komandasına azarkeşlik etdiyini öyrənib:
Əməkdar artist Elza Seyidcahan: “Uşaqlıqdan “Neftçi” klubuna azarkeşlik etmişik. Ancaq indi hamımız “Qarabağ”ın tərəfindəyik”.
Rəqqasə Fatimə: “Təbii ki, “Qarabağ”. Stadiona getmirəm, amma imkan olduqca evdən izləyirəm”.
Leyla Ramazanlı: “Desəm ki, futbolla çox maraqlanıram yalan olar. Bəzən, yerli klublarımıza, məsələn, “Qarabağ”ın oyunlarına baxıram. Futbolçu kimi Ronaldonu bəyənirəm”.
Xalq artisti Gülyanaq Məmmədova: “Neftçi” və “Qarabağ”ı dəstəkləyirəm. Həyat yoldaşım “Neftçi”nin köhnə oyunçusu olub, ona görə o, baxanda mən də onunla birgə izləyirəm. Stadionda heç olmamışam, amma çox istəyirəm. Yoldaşım söz verib ki, bir gün aparacaq. Bizim futbol komandalarımızın uğurlarına bir azərbaycanlı kimi daima sevinirəm”.
Nura Suri: “Futbolla maraqlanıram. Xarici klublar arasında “Real Madrid”ə, ölkəmizdə isə “Qarabağ”a azarkeşlik edirəm. Dünya çempionatında isə İspaniyanı bəyənirəm”.
Damla
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır