Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib. O, finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək.
Yarımfinalda məğlub olan Tatyana Omelçenko (62 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq.
Alyona Kolesnik (57 kq) 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə çıxacaq. Tatyana Varansova (53 kq) isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. Onlar da bu gün çıxış edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı