Qadın futbolçu videolarına görə klubundan qovuldu
İngiltərənin “Çarlton” qadın futbol klubunun futbolçusu Madelene Vrigt adının qarışdığı qalmaqallardan sonra komandadan qovulub.
“Instagram”da paylaşdığı videolarla gündəmdən düşməyən gənc fubolçu əvvəlcə sükan arxasında şampan içmiş və bunu videoya çəkərək paylaşmışdı. Daha sonra o, kiçik bir itə maşın sürdürərək video yayıb.
Bu dəfə isə Madelenenin içində narkotik tərkibli qaz olan şarların istifadə olunduğu əyləncə məclisinə qatıldığı müəyyənləşib. Futbolçu bu addımından sonra klubundan qovulub.
“Klub olaraq videodan xəbərimiz var. Komandanın dəyərləri ilə üst-üstə düqməyən bu görüntülər bizi məyus etdi. Futbolçu çox peşman olub, amma komandadan göndərilib. Klub olaraq onun davranışlarını qəbul edə bilməzdik. Hər şeyə rəğmən oyunçumuz bizim üçün dəyərlidi. Hər hansı bir dəstəyə ehtiyacı olarsa, bizə müraciət edə bilər” deyə “Çarlton”un açıqlamasında bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!


