“Qadağalar qoyurdu, qırğın düşürdü” – Sevda keçmiş ərindən danışdı
Müğənni Sevda Sanəliyeva “5/5” verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, ifaçı boşandığı ərinin ona qoyduğu qadağalardan danışıb: “Yeni mahnılar üzərində işləyirəm. Hər şey gözəldir, həyat yaxşıdır. Rəqs etmək sevgisi içimdə qalmışdı, artıq üzə çıxaracağam. İnsanı qəbul edəndə, ki olduğunu bilirlər. Sonradan nəyəsə qadağa qoyulanda, yığılır və boğulursan. Mənim sənətim o idi, indi də budur. İkisi birlikdə gözəl alınırsa, niyə etməyim?”
Daha sonra aparıcı “Sevda, ailə qurdu, gördü yox, hər şeyi özü edir. Əlini bala batırmaq istədi, alınmadı. Sənə lazım idi ailə qurmaq” sözlərinə sənətçi belə cavab verib: “Əlimi bala batıranda bilirdim nə olacaq. Mənim qanımda var, işləməliyəm. Amma bəsdir, artıq yoruluram. Mənim həyatım belə yaxşıdır. Rəqs etmək hamıya nəsib olmur. Rəqs etməyi sevirəm.
Düzdür, ərə getmək mənə lazım idi? Nə oynaya, nə otura bilirdim. Bunlar gülünc səbəblərdir, ayrılmağımıza səbəb qadağalar deyil. Əsas vacib mənim sənətimdir. Necə harasa gedib, heç kimlə danışmayım, ayrı oturum? Alınmır axı. Onun istədiklərini etməsəydim, qırğın düşürdü. Olmaz axı”.
Qeyd edək ki, Sevda iki dəfə ailə qurub. Onun iki övladı var.
Könül
Musavat.com

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!