Qadağa götürülən kimi rayonlara axışdılar - FOTOLAR
Artıq bir həftəyə yaxındır ki, bölgələrə getmək qadağası aradan qaldırılıb. Bu fürsətdən istifadə edən şou əhli rayonlara istirahətə üz tutublar.
Axşam.az həftəsonunu bölgələrdə dincələrək keçirən tanınmışları təqdim edir:
Xalq artisti Mənsum İbrahimov İsmayıllı, Lahıc, Lənkəran və ən sonda Şəkiyə gedib. muğam ifaçısı bir neçə gündür bölgələri qarış-qarış gəzir.

Xalq artisti Tünzalə Ağayeva da dağlıq bölgələrdən birinə yollanıb. Müğənni harada dincəldiyini isə gizlədib.
Müğənni Ramal İsrafilov da meşəlik yerlərdən birində istirahətə gedib. Sənətçi fotosunu İnstaqram izləyiciləri ilə bölüşüb.
Rəqqasə Fatimə Fətəliyeva isə Lənkərana üz tutub. O, öz işçiləri ilə birlikdə orada istirahət edir.

Əməkdar artist Vəfa Zeynalova əkiz qızları ilə birlikdə Qusara gedib. Dağı, meşəni, şəlaləni gəzən aktrisa görüntülərini izləyiciləri ilə bölüşüb.
Müğənni Xuraman Şuşalı 6 aydan sonra rayon həsrətinə son qoyub. İfaçı 4 övladı və həyat yoldaşı ilə birlikdə Qusara gedib.

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı ilə birlikdə Qubaya yollanıb. Cütlük dostları ilə birlikdə orada əylənir.
Müğənni Zamiq Hüseynov və stilist Elnur Həsənov da dincəlmək üçün Qubaya gedib. Onlar brilikdə fotolarını sosial şəbəkədə bölüşüblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!








