01.05.2018 - 21:34
Ölkə
19 baxış
“Qaçqınkom”un yeni sədri köçkün yataqxanasında — FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Texniki Universitetinin Bakı şəhəri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, komitə sədri vəziyyətlə yerindəcə tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, yataqxananın zirzəmi hissəsində yerləşən və nəmişlikdən yararsız vəziyyətə düşmüş otaqlara baş çəkib.
Görüşdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məcburi köçkünlərin problemlərinin həllinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirib.
R.Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünləri mayın 15-də Dövlət Komitəsində görüşə dəvət edib. Dövlət Komitəsinin sədri deyib ki, görüşün məqsədi məcburi köçkünlərin problemlərini daha dərindən öyrənməkdir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
06.09.2026 - 20:42
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
06.09.2026 - 20:35
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
06.09.2026 - 20:14
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
06.09.2026 - 17:54
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
06.09.2026 - 16:09
Emin TM: TikTok-da yeni əyləncə dalğası
06.09.2026 - 15:41
Xankəndi klubunda yeni məşqçi təyinatı!
06.09.2026 - 14:45
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
06.09.2026 - 14:38