“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü
Törətdiyi qəza ilə üç nəfərin ağır xəsarət almasına səbəb olan, sonra da hadisə yerindən qaçmaqda ittiham edilən sürücü hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Namaz Namazlı qəza törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham irəli sürülüb.
N.Namazlı Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
N.Namazlı etibarnamə ilə idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə Binəqədi-Novxanı avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində sürət həddini aşaraq əks hərəkət zolağına çıxaraq Emin Rzayevin idarə etdiyi VAZ- 21214 markalı avtomobilə, ardınca Malik Vəliyevin idarə etdiyi “Opel” markalı maşınlara çırpılıb.
İttihamda göstərilir ki, N.Namazlı xəsarət alanalara yardım göstərmədən hadisə yerindən qaçmaqda göstərilir.
Qəza zamanı Elşən Ataşov, Könül Soimova və Emin Rzayev ağır bədən xəsarətləri alıblar.
N.Namazlı bildirib huşunu itirdiyi üçün başqa şəxslərin köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb. Hadisədən bir gün sonra ağrıları azaldığından polisə gələrək təslim olub.
Aldığı cəzadan narazı qalan N.Namazlı apellyasiya şikayəti verib. Məhkəmə şikayəti təmin etməyib.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı