"Qətnamə verilmir, uşaqlara həsrət qalmışam"

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana övladlarını görə bilməməkdən gileylənib.
Minval.info-ya açıqlama verən Canana bildirib ki, məhkəmə bitəndən qətnamə verilməyib, ona görə də övladlarını götürə bilmir:
“Apellyasiyaya da verə bilmirəm. Qətnamənin verilməsi uzadılır. Uşaqlarımı görə də bilmirəm. Ancaq qətnamə veriləndən sonra hakimin qərarına əsasən müəyyən günlərdə onları görə, gəzdirə biləcəm. Bezmişəm məhkəmələrdən. Uşaqlarıma həsrət qalmışam. Məhkəmədən sonra cəmi bir dəfə uşaqlarımı gördüm, xəstələnmişdilər, dərman alıb apardım, gördüm və qayıtdım. Uşaqlarımın həyatı hansısa haqsız hakimin rəyindən asılı qalıb. Uşaqlar heç kimin marağında deyil”.
Canana bildirib ki, “Təsir dairəsi” proqramında oğlu Tuncaya haqsızlıq edilib:
“Verilişdə 12 yaşlı uşağa psixoloji travma yaşatdılar. Tuncay həmin verilişdən sonra utandığından mənimlə danışmırdı. Sosial şəbəkədə onu tənqid etdilər. Hər kəs uşağı anasına qarşı çıxdığı üçün qınayırdı. İki gündür mənimlə danışır”.
Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən ay rəsmən boşanıb. Cütlüyün 3 övladı atada qalıb.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!