“Qəsdimizə durublar...” - Nura tənqid etdi

“Şəhərimizin bütün meyhane tipli restoranlarında diceylərin çoxu ancaq Tarkanın köhnə mahnıların səsləndirirlər. Elə bil hamısı hardansa bir disk taparaq yazıblar fləşkarta, eyni ardıcıllıqla köhnə türk mahnılarının PR-ı ilə məşğuldurlar”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk səhifəsində yazıb. O, bu dəfə yerli diceyləri tənqid edib:
“Ajdanın (Ajda Pekkan- red) gül kimi təzə mahnılarından xəbərsizdirlər elə bil. Ancaq 50 il əvvəl oxuduğu mahnıları səsləndirirlər.
Hande Yenerin “Kırmızı” mahnısı beynimizi deşir, artıq. Bir vaxtlar müğənnilər bütün şou proqramlarda oxuyurdu, hər gün eyni mahnıları eşitməkdən baş- beynimiz getmişdi. İndi də diceylər qəsdimizə durublar.
Gedirsən mahnı sifariş etməyə, deyir yoxdu, məndə o mahnı. Heç bilmir ki, dünyada təzə nə mahnılar var. Biz niyə hər sahədə öz işimizə belə məsuliyyətsiz yanaşırıq axı? Hamıya şamil olunmur, amma çoxuna aiddir”.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıvanç Tatlıtuğun evində faciəvi hadisə: İşçi yıxıldı
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi