Qənirə Paşayevanın əziyyət çəkdiyi xəstəlik açıqlandı
Millət vəkili Qənirə Paşayeva “kapral tunel sindromu”ndan əziyyət çəkirmiş.
Minval.info xəbər verir ki, bu haqda deputatın bacısı Kəmalə Paşayeva öz “Facebook” statusunda yazıb.
O qeyd edib ki, məhz bu səbəbdən xanım millət vəkili Türkiyənin Memorial Şişli Xəstəxanasında əməliyyat keçirmək məcburiyyətində qalıb.
“Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdirdiyiniz narahatlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə, üzr istəyirəm.
Sizin narahatlığınız və diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk.
Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn “karpal tunel” narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub.
Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir. Memorial Şişli Xəstəxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.
Qeyd edək ki, “karpal tulnel” bilək nahiyəsində sinirlərin sıxışması səbəbi ilə meydana çıxan əlamətlərdir.
Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, doqquz şaxəsi ilə birlikdə karpal boşluğundan keçir.
Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir. Bu sinir sayəsində həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir.
Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəkəti fəaliyyətində patologiyalar meydana çıxır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanın S-300 kompleksləri necə məhv edilib... - VİDEO
Əhəd Abıyev jurnalisti ağır şəkildə təqhir etdi: "Onu yazanın..."
"Gətirdiyi şalvar heç bir ayağıma girmədi" - Hədiyyəsinə lağ etdi
Bərdədə polis bıçaqlandı - Yenilənib + Foto
Nailə İslamzadə koronavirusa yoluxdu
Gecə 4 badam isladıb səhər yeyin – Möcüzə üsul
5 yaşlı uşağa təcavüz edilib - Azərbaycanda şok hadisənin təfərrüatı