Qəlyanla fotosunu sosial şəbəkədə paylaşan milli üzvünə xəbərdarlıq edəcək
Azərbaycan Futzal Federasiyası milli komandanın və EKOL klubunun oyunçusu Ramiz Çovdarova qəlyan çəkdiyi vəziyyətdə şəklini sosial şəbəkədə paylaşdığına görə xəbardarlıq edəcək.
Bu barədə “Report”a federasiyanın mətbuat xidmətinin rəhbəri Malah Məmmədov məlumat verib. Qurumun rəsmisi bildirib ki, bu cür şəkilləri ictimailəşdirməsinin etiketə uyğun olmadığını 29 yaşlı hücumçunun diqqətinə çatdıracaqlar. O, fotonun millinin toplanışı vaxtı çəkilmədiyini də əlavə edib: “Sosial şəbəkə profili şəxsidir, dəyişib-dəyişməyəcəyi öz işidir. Həm də bu foto millinin toplanışı, oyunu ərəfəsində çəkilməyib. Toplanış zamanı futzalçılar gündəlik rejimə ciddi əməl edirlər”.
EKOL-un rəisi Məzahir İsgəndərov isə deyib ki, qəlyanla foto Çovdarov “Araz Naxçıvan”da çıxış etdiyi vaxt çəkilib: “Bu şəkil sosial şəbəkəyə 2017-ci ildə qoyulub. Həmin vaxt isə o, bizim komandada olmayıb. Çovdarov təxminən 4-5 ay əvvəl EKOL-a keçib. Onu köhnə şəklinə görə cəzalandıra bilmərik. Bizim üçün futzalçının hazırkı vəziyyəti və həyat tərzi maraqlıdır”.
İsgəndərov belə halları yaxşı qarşılamadıqlarını və iclaslarda bu yöndə danışdıqlarını əlavə edib.
Öz növbəsində Çovdarov “Report”a açıqlamasında bunları deyib: “Qəlyan çəkən deyiləm, kimdənsə də qorxmuram. Sadəcə, şəkil olsun deyə sosial şəbəkəyə qoymuşam. Qorxsaydım, heç o şəkli paylaşmazdım. Məni tanıyan hər kəs bilir ki, qəlyan çəkmirəm”.
Futzalçı birmənalı qarşılanmadığını gördükdən sonra profil fotosunu yeniləyib. Lakin o, qəlyanla şəklini digər şəkilləri arasında saxlayıb.
Qeyd edək ki, Ramiz Çovdarov qəlyanla forosunu 27 fevral 2017-ci ildə sosial şəbəkədə profil şəkli edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özilin boyunbağısı almanları əsəbiləşdirdi - Foto
"Barselona" Rakitiçə qiymət qoydu: 125 milyon avro
“Bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur”
“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi
Ronaldo bu hərəkətinə görə azarkeşdən üzr istədi - VİDEO