Qəhvə zərəri barədə YENİ ARQUMENT
Amerikalı alimlər hesab edirlər ki, qəhvə və kofein tərkibli içkilərin böyük həcmdə istehlakı güclü baş ağrılarına meylli adamlarda miqrenin əmələ gəlməsinə səbəb ola bilər.
Minval.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqatda epizodik miqren diaqnozu qoyulmuş təqribən 100 nəfər iştirak edib. Bu diaqnoza görə, insanların ayda ən azı iki dəfə başı ağrıyır, ayda 15 dəfədən çox başı ağrıyanlar isə artıq xroniki miqrendən əziyyət çəkənlərdir.
Könüllülər onlayn sorğuda iştirak edərək gündə nə qədər qəhvə, çay, qazlı sular və energetik içki içdikləri barədə məlumat veriblər. Məlum olub ki, gün ərzində kofein tərkibli 3 içkidən artıq qəbul edəndə həmin gün, ya da sabahı miqren ağrıları oyanır. Eyni zamanda 1-2 stəkan qəhvə başağrısı yaratmayıb. Miqrenin yaranmasında kofeinin rolu mürəkkəbdir – çünki bu maddənin müəyyən miqdarı məhz ağrıkəsici effekt verir.
Ancaq nadir hallarda qəhvə içən insanlarda 1-2 fincan qəhvə həmin gün başağrısına səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır