Qəbiristanlıq, dəfn və bu kimi işlərlə bağlı sənəd HAZIRLANDI - YENİLİK
“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”.
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması, qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə qədər hamısı öz əksini tapıb.
“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.
G.İsmayılov sənəddə qəbiristanlıqların salınması, idarə edilməsi məsələlərinin də qeyd edildiyini diqqətə çatdırıb.
“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük postunda Ermənistana aid xəritələr saxlanılıb
Fədayə Laçınla bağlı son xəbər
"Davamçı ol!" paketi istifadəyə verilib
Sabiq icra başçısı və AXCP üzvlərinin məhkəməsi oldu - saxlanılanlar var
Şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara veriləcək - FƏRMAN