Qəbələdə ağır yol qəzası - Ölən və yaralananlar var

Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 51-ci kilometrliyində, Qəbələ rayonunun Bunud kəndi ərazisində baş verib.
1996-cı il təvəllüdlü Abbasov Murad Aydın oğlunun idarə etdiyi BMW markalı avtomobil qarşıdan gələn, 1985-ci il təvəllüdlü Xəlilov Emin Qulfəddin oğlunun idarə etdiyi “VAZ 2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ 2106 markalı avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yaramməd oğlu hadisə yerində ölüb, hər iki sürücü və sərnişin Osmanlı İlkin Heydər oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı