“General SVR” teleqram kanalı mayın 16- dan 17-ə keçən gecə Rusiya prezidenti Vladimir Putinin cərrahi əməliyyat keçirdiyi barədə məlumatlar yayıb.

Qeyd olunur ki, mayın 17- dən 19- na kimi Putin informasiya məkanında görünməyib, hətta ən yaxın ətrafının belə, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev istisna olmaqla, ona çıxışı olmayıb.

“General SVR” in məlumatına görə, həmin tarixlərdə informasiya məkanında prezidentin əvvəlcədən hazırlanan görüşləri və məktubları barədə məlumatlar verilib.

“Bu müddət ərzində isə Putin şəxsən iki dəfə telefonla danışıb. Mayın 20-də Təhlükəsizlik Şurasının iclası videokonfrans rejimində keçib, prezidentin çıxışı əvvəlcədən yazılıb, Putinin iştirakı isə, bir həftə öncə olduğu kimi, Deepfake texnologiyasının köməyi ilə dəstəklənib”,- kanal iddia edib.

İddia olunur ki, mayın 20-də Putinin vəziyyəti pisləşib, lakin 21-i səhər həkimlər onun vəziyyətini sabitləşdirib.

“Müalicə həkimləri Putinə yaxın günlərdə sakitliyi və görüşlərdə şəxsən iştirak etməməyi təkidlə tövsiyə edib”, – məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, Putinin sağlamlığı barədə gerçək məlumatları bilən azsaylı adamların sırasında Belarus prezidenti Aleksandr Lukaşenko da var. Məhz ona Rusiya prezidentinin aktiv fəaliyyətinin görüntüsünü yaratmaq həvalə edilib.

“General SVR” kanalının geniş ictimaiyyətin çıxışı olmadığı informasiyalara malik olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq generalına məxsus olduğu bildirilir.