Putinin milli azlıqları döyüşə göndərməsinin sirri açıldı
Rusiya Prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.
Bildirilib ki, V.Putinin bu cür hərəkətləri Rusiyanın etnik anklavlarında müqavimətə yol aça bilər. Qeyd olunub ki, Rusiyada tuvalı fəallardan ibarət müharibə əleyhinə təşkilat olan “Yeni Tuva” hərəkatı yaradılıb. Bu xəbər son vaxtlar Rusiyada yerləşən və əksəriyyəti müxtəlif etnik qruplara mənsub olan regional könüllü taborların sayının artması kontekstində diqqət çəkir.
“Bu məlumatlar onu göstərir ki, Putin çoxlu sayda etnik rusları səfərbər etmək istəmədiyi üçün ümumi səfərbərlik keçirməkdən çəkinə bilər”, – institutdan qeyd olunub.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-dan şok: Türkiyə bunu etsə, sanksiya tətbiq edəcəyik!
Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
ABŞ-da “İda” qasırğası qurbanlarının sayı 63 nəfərə çatıb
Avropa ölkəsində niqab qadağan edilir: Cərimə
Ermənistanda sabiq millət vəkili qətlə yetirildi
Xəbərdarlıq! Bu tarixlərdə yeri maqnit qasırğası bürüyəcək
Rusiya Türkiyəyə zəlzələdən sonra da yardım edəcək - Peskov