“Putini təcrid etmək, “rus dünyası”nın kökünü kəsmək lazımdır” - Polşanın Baş naziri
Müharibə heç vaxt qaçılmaz olmur. O, ya düşünülmüş qərarın nəticəsi olur, ya da onun olmamasının. Ona görə də Ukraynada qanlı müharibəyə başlamış Rusiya diktatoru Vladimir Putini təcrid etmək, «rus dünyası» ideologiyasının isə kökünü kəsmək lazımdır.
Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski «PISM Strategic Ark» konfransının gedişində bəyan edib, xəbəri Polşa KİV-i yayıb.
Moravetski qeyd edib ki, Mariuolda baş verənlər və ya Buçada mülki şəxslərin öldürülməsi hamını siyasi mürgüdən ayıltmalı və köhnə illüziyalardan imtinaya məcbur etməlidir. O, diqqəti bura yönəldib ki, beynəlxalq səhnədə Putinin «sifətini saxlamaq» cəhdlərinə rast gəlnir.
Moravetskinin sözlərinə görə, Ukraynadakı müharibənin paradoksu ondan ibarətdir ki, əgər Ukrayna qalib gəlsə, bu, hər şeydən əvvəl onun qələbəsi olacaq. Ancaq əgər o, məğlub olsa, bu, bizim hamımızın uduzması və bizim yaşadığımız dünyanın sonu olacaq» – siyasətçi qeyd edib.
«Ona görə də mən, Rusiya Prezidentini təcrid etməyə çağırıram. Bəli, diplomatiya dialoq tələb edir, amma terrorçularla danışmaq olmaz».
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı