Putin sona qədər gedəcəyini elan etdi
Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki son çıxışında Ukraynada müharibəni dayandırmaq fikrində olmadığını açıq şəkildə bildirdi.
Bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib.
“O, sülh istəmədiyini vurğuladı. O, bu döyüşü uduzduğunu yaxşı bilir. Onun müharibəsi bitməyəcək və Rusiyanın yenilməz olması kimi tamamilə hədələyici bəyanatları onun bəşəriyyət üçün təhlükə olduğunu göstərir”, – Robles bildirib.
O qeyd edib ki, məhz Putin danışıqlara getməyə qərar verməli olan ilk şəxsdir:
“Amma Putin dedi ki, sona qədər davam edəcək. Biz hamımız atəşkəs istəyirik, lakin Rusiya prezidenti, şübhəsiz ki, bu müharibəni davam etdirmək istədiyini çox açıq şəkildə bildirdi”.//axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mark Zukerberqin sərvəti təhlükədə: Silikon Vadisindən köçə bilmir
Avropa İttifaqında elektrik avtomobillərinin satışı 73% artıb
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır