08.04.2022 - 12:29
Dünya 1 baxış

Putinə qarşı itaətsizlik: Rus ordusunda üsyan

Rusiyanın Ukraynaya göndərdiyi 60 elit paraşütçü döyüşməkdən imtina edib.

“Minval.info” Teleqraf.com-a istinadən xəbər verir ki, hərbi bazaya qayıtdıqdan sonra Rusiyada “qorxaq” elan edilən hərbçilər həbs cəzası ilə üzləşə bilərlər.

Paraşütçülərin Ukraynada döyüşmək üçün göndərildikləri Belarusdan geri qayıtdıqları bildirilib.

Müdafiə naziri Sergey Şoyqu etirazı araşdırmaq üçün köməkçilərindən birini Pskova göndərib, başlayan araşdırma hərbçilərin həbsi ilə nəticələnə bilər.

Döyüşmək istəməyən hərbçilər Rusiyada kəskin etirazla qarşılanıblar. Hərbi hissəyə qayıdan hərbçilərə “qorxaq” damğası vurulub, bəzilərinin isə qovulduğu deyilib.

Ukrayna onların Rusiyanın elit paraşütçüləri olduğunu iddia edib. Qeyd edilib ki, bu, Vladimir Putinin əmrini yerinə yetirməkdən imtina olunan çox sayda belə hallardan sadəcə biridir.

“Minval.info”

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: