Putin Lukaşenkonu yenidən prezident seçilməsi münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkoya Belarusda keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik teleqramı göndərib.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti belaruslu həmkarını qələbə münasibətilə təbrik edib.
“Ümid edirik ki, sizin dövlətçilik fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı sərfəli Rusiya-Belarus münasibətlərinin gələcək inkişafına, İttifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşməsinə, Avrasiya İqtisadi Birliyi və MDB xətti ilə inteqrasiya proseslərinin, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Bu, şübhəsiz ki, Rusiya və Belarus qardaş xalqlarının maraqlarına cavab verir”, – deyə, Rusiya dövlət başçısının təbrik teleqramında bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı