Putin: “İlin sonunda “Sarmat” strateji raket sistemi döyüş növbətçiliyində olacaq”
Bu günün zabit və əsgərlərimiz vətənimiz, xalqımız uğrunda fədakarlıqla döyüşür, Donbası neonasistlərdən müdafiə edirlər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.
O, Rusiyanın Silahlı Qüvvələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.
Putin dünyada analoqu olmayan S-500 komplekslərinin qoşunlara daxil olmağa başladığını da xatırladıb.
Rusiya Prezidenti “Sarmat” strateji raket sisteminin ilin sonunda döyüş növbətçiliyində olacağını da söyləyib.
Qeyd edək ki, “Sarmat” ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketə malik beşinci nəsil Rusiya strateji raket sistemidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür