Putinə dəstək olan ukraynalı mer ÖLDÜRÜLDÜ
Ukraynanın Kreminna şəhərinin meri Vlodimyr Strukun cansız cəsədi yol kənarında tapılıb.
Minval.info “Unikal”a istinadən xəbər verir ki, Putin tərəfdarı olan Vlodimyr Struk Rusiyanın Ukraynaya hücumunda Rusiyanı dəstəklədiyi üçün naməlum şəxslər tərəfindən qaçırılıb. Çox keçməyib ki, axtarışda olan merin cəsədi yolun kənarında tapılıb.
Polislər onun başından vurularaq öldürüldüyünü və meyitinin yolun kənarına atıldığını deyiblər.
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko sosial media hesabından verdiyi açıqlamada “Ukraynanın satqınları azalıb. Luqansk Regional Şurasının keçmiş üzvü, Kreminetsk OTG-nin keçmiş rəhbəri ölü tapılıb”, – deyib.
Qeyd edək ki, Vlodimir ötən həftə verdiyi açıqlamada rus işğalını dəstəkləyib və həmkarlarını Rusiya ilə əlaqə saxlamağa dəvət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır