Puqaçovanın qadağan olunan klipi 35 ildən sonra İLK DƏFƏ yayımlanıb - VİDEO

Bu gün SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur
Dövlət Teleradio Fondu Alla Puqaçovanın “Aysberq” mahnısına çəkilən videoklipi paylaşıb. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, klip 1984-cü ildə Soçidə çəkilib.
“Rossiyskaya qazeta” yazır ki, Leninqrad televiziyasında premyerasından sonra video efirdən yığışdırılıb. Ölkə rəhbərliyi guya müğənninin pozalarını olduqca vulqar hesab edib.
Qeyd edək ki, mahnının musiqisini Puqaçovun ansamblında olan İqor Nikolaev yazıb.
Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur. Artıq Rusiya Prezidenti Vladimir Putin də müğənnini yubiley münasibəti ilə təbrik edib.
Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə “Yunost” radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.
2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı “Dostluq” ordeni ilə təltif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi