"Pulları ütüləyib üst-üstə yığırdım" - Fatimə mülklərindən danışdı
“Bir gündə 13 toya gedirdim, aş təqdim edirdim. Evə gələndə artıq ayaqlarımı idarə edə bilmirdim. Balaca vaxtı yuxuya gedəndə arzular qururdum. Deyirdim, hansısa sahədə məşhur olacam, oldum da. Bir ildir toya getmirik. Düşünürdük ki, toy olmasa, nə olacaq? Xına məclisi olmayanda da Allah mənə ruzi verirdi. Çətin zəmanədə yaşayırıq. Nəsə iş görmək üçün ona can qoymaq lazımdır”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Hüseynova bacıları” proqramında deyib. Sənətçi karantindən əvvəlki həyatından, var-dövlətindən bəhs edib:
“Pullarımı ütüləyib, üst-üstə yığmışam. Gətirib anama vermişəm, mənə yığıb. İkiotaqlı ev almışam. Sonra onu satıb, daha böyüyünü almışam. Qazanıramsa, özümə layiq şərait düzəltməliyəm. Hamı elə bilir ki, Fatimə çox imkanlıdır. Bir bağım, bir evim, bir maşınım var. Qızımı ərə vermişəm, öz evi var. Oğlumu da evləndirib, gəlin gətirəcəm, birlikdə yaşayacam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!