““Pub”larımızda yetərincə pivə yox idi” - Elxan Məmmədov
“AFFA son illərdə beynəlxalq yarışları təşkil edib. 2012-ci ildə qadınlar arasında dünya çempionatı Bakıda baş tutdu. Bundan sonra aktiv idman tədbirlərinə keçdik. 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçirildi. Məhz 2012-ci ildəki təcrübədən yararlandıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib.
O əlavə edib ki, Azərbaycan futbolunda inkişaf olub:
“Bakı şəhərində olan infrastrukturlar var və hamısı istifadə edilir. Avropa Liqası finalında şansımız gətirdi ki, iki ingilis nəhəngi bura gəldi. 3 gün ərzində həmin vaxt 38 min turist ölkəyə gəldi. İnfrastrukturdan danışanda təkcə stadionlar nəzərdə tutulmur. Bura hava limanı, yollar, nəqliyyat, “pub”lar, restoranlar daxildir. Zəif cəhətimiz var idi. “Pub”lar lazımi səviyyədə işləmədi. Yetəri qədər pivə yox idi. İngilislər ucuz olmasından istifadə edib həddən çox pivə içdilər. Ümid edirəm ki, “pub”lar bizə Avropa Çempionatı zamanı problem yaratmayacaq”.
Məmmədov Bakıda baş tutacaq AÇ-2020-nin oyunlarından danışıb: “12 ölkədə bir yarışı təşkil etmək UEFA üçün çətin işdir. Yerli təşkilat komitəsinə böyük iş düşəcək. Ümid edirəm ki, təcrübədən lazımi səviyyədə yararlanacağıq. Bu tədbir ölkəmiz üçün gəlirdir. 111 min bilet xaricilər tərəfindən alınıb. Hər kəsə tövsiyə edirəm ki, biletlər alsın”.
Elxan Məmmədov Bakı şəhərinin gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd olacaq: “Biz gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd ola bilərik. Bunun üçün infrastruktur var”.
İcraçı vitse-prezident Bakıya 200 minə yaxın turistin gələcəyini gözlədiyini bildirib: “Son xəbər var ki, Uels, Türkiyə və İsveçrə milliləri təlim-məşq toplanışı üçün Bakıda yerləşdiriləcək. 7 gün burda oyunlar olacaq və azarkeşlər üçün böyük vaxtdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Kubokunda finalçılar müəyyənləşir
Millimizin boksçusu qalmaqallı foto paylaşdı - ETİRAZ (FOTO)
Maradona xəstəxanaya yerləşdirildi
Ramos: "Özümü dünya çempionatında yox, cənazə mərasimində hiss edirəm"
Məsut Özil İtaliyaya transfer olunur
Fatih Terimə milli komandadan təklif
Rafael Ağayev: "Söz verirəm ki, medallarımızın sayı çox olacaq"
