PSJ darmadağın olub - VİDEO
Futbol üzrə Fransa çempionatının 32-ci turunda “Lill” PSJ-ni 5:1 hesabı ilə darmadağın edib.
“Report” xəbər verir ki, Lill şəhərinin “Pyer-Morua” stadionunda keçən görüşü baş hakim Benua Bastyen idarə edib.
Matçda hesab 7-ci dəqiqədə açılıb. Toma Myönye topu öz qapısına göndərib. Bir neçə dəqiqədən sonra PSJ Xuan Bernatın qolu sayəsində hesabda tarazlıq yaradıb. 36-cı dəqiqədə Bernat birbaşa qırmızı vərəqə alıb. Oyunda son nöqtəni Joze Fonte qoyub.
“Lill” bu qələbə sayəsində xallarının sayını 64-ə çatdırıb və əvvəlki kimi turnir cədvəlində ikinci yerdə qərarlaşıb, PSJ 81 xalla birincidir.
Fransa I Liqası. 32-ci tur
“Lill” – PSJ – 5:1
Qollar: 1:0 – Myönye – 7 (avtoqol), 1:1 – Bernat – 11, 2:1 – Pepe – 51, 3:1 – Bamba – 65, 4:1 – Qabriel – 71, 5:1 – Fonte – 84
Qırmızı vərəqə: Bernat, 36 (PSJ)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb
"Başakşehir" Arda Turanla bağlı qərarını verdi
Federasiya şahmat millimizin üzvlərini aldadıb - faktlar
DÇ-2022-nin təşkilinə fantastik məbləğ xərclənib
"Qarabağ" bu gün "Düdelanj"ı qəbul edəcək - AFİŞA
Rəcəbov mükafatlandırmaya niyə qatılmayıb? - açıqlama