Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıbQəsdən adam öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətlə yetirdiyi şəxsin 18 yaşı olub. Təqsirləndirilən şəxs ailəlidir, bir azyaşlı övladı var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 22 yaşlı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Cavid Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Cavid aralarında yaranmış mübahisə zamanı Mehdi Əliyevi ov bıçağı ilə vuraraq qətlə yetirib. Qətlə yetirilən Mehdinin 18 yaşı olub.

Məlumata görə, hadisəyə səbəb tərəflər arasında pula görə yaranmış mübahisə olub. Belə ki, Mehdi Cavidin tanıdığı qızdan telefon alıb. Lakin pulun 100 manatını ödəməyib. Buna görə də Cavid Mehdi ilə mübahisə edib və onu qətlə yetirib.

Mehdi də görüşə tək getməyib. Onun yanında da iki dostu olub.

Həmin şəxslər məhkəmədə ifadə veriblər. Azyaşlı olan bu şahidlər eyni məzmunlu ifadə veriblər. Deyiblər ki, gecə saat 1-də görüş yerinə gedən zaman Mehdi ilə Cavid təkbətək söhbət etmək üçün kənara çəkiliblər. Şahidlər deyir ki, onlar sonradan qışqıra-qışqıra danışıblar. Az sonra da Mehdinin vurulduğunu biliblər.

Amma nədənsə şahidlərin hamısı Mehdi ilə Cavid arasında mübahisəyə səbəb olan hadisə barədə məlumatsız olduqlarını deyirlər. Amma məhkəmə buna inanmayıb.

O da məlum olub ki, Mehdi bıçaqlanan zaman Cavid və onun yanındakı dostları hadisə yerindən qaçıblar. Mehdinin yanında olanlardan isə sadəcə bir nəfər qalıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstəxanaya çatdırılan Mehdinin həyatını xilas etmək mümkün olmayıb.