Prodüserdən müğənnilərə ağır sözlər: "Ay məxluqlar, tumanınızdan, ərinizdən..."
“Space” TV-nin prodüseri Sənan Sərdaroğlu bəzi müğənnilərin ünvanına ağır sözlər söyləyib.
Minval.info xəbər verir ki, buna səbəb sənət adamlarının onun telefon zənglərinə cavab verməməsidir. S.Sərdaroğlu isə onların davranışına olduqca sərt reaksiya verib.
“Deyirəm, zəmanənin işinə bax. Vaxtilə efirə çıxmaq üçün mənə aylarla yalvaran, indi özlərini populyar hesab eden, pulla titul alan müğənnilərimizin bir çoxu telefon zənglərimə cavab vermir, məşğuldursa da geri zəng vurmur” – Sənan bəy deyib.
Prodüser daha sonra sözügedən sənətçilərə “məxluq” deyə xitab edib. Eyni zamanda onların sınmağa layiq olduğunu söyləyib:
“Eybi yox, sizi siz edən bizik ay unutqan məxluqlar. Necə ki, bizlərdən asılı olmusunuz yenə də olacaqsınız. Sizə verilişə çağırıb tumanınızdan, ərinizdən, yatağınızdan danışanlar lazımdır. Buna öyrəşmisiniz. Hər şey aydındır. Siz elə sınmağa layiqsiniz”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aygün Kazımova və Murad Dadaşovun unudulmaz görüşü
Türkiyənin məşhur aktyoru Serhat Kılıç vəfat etdi
Seda Sayan reklam anlaşmaları ilə rekord qırdı!
Bakı-Qazax yolunda yuxulu sürücü qəza törətdi
Kim Kardaşyan Bakıya gəlir? İddialar artır!
Tom Vlaşixa Bakıda: Baku Film & Comic Con!
Serhat Kılıçın müəmmalı ölümü: Yeni detallar ortaya çıxdı