Prodüser müğənnini biabır etdi: “Sənə soyunmağı kim təklif edib?"

“Prodüserlərin müğənnilərə təklifi: məşhur olmaq istəyirsənsə, soyun. Bəs, müğənnilər buna niyə razı olurlar? Çünki ağılları yoxdur”.
Müğənni Sevinc Musayeva sosial şəbəkədə yazdığı sözlər tanınmış prodüser Pərviz Fəqanı özündən çıxarıb.
Minval.İnfo xəbər verir ki, Yenicag.az-a açıqlama verən prodüser qarşı tərəfin ünvanına kəskin fikirlər səsləndirib:
“Sən kimsən axı, prodüserləri ittiham edəsən? Sənə kim soyunmağı təklif edibsə, adını de. Sənəti olan müğənni həmişə gündəmdə qalır, sənəti olmayanlar soyunur. Prodüser əziyyət çəkir, iş görür. Axırda da hansısa müğənni ortalığa çıxıb onu biabır etməyə çalışır. Azərbaycanda 3-4 peşəkar prodüser var, onlar da normal müğənnilərlə çalışır. Və işlədikləri müğənnilər də sənətləri ilə gündəmdədirlər. Sən isə üç-dörd aydan bir çıxıb, soyunmağı ortalığa atıb, özünü reklam edirsən. Ayıbdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır