Prezidentin yüksək vəzifə verdiyi Gündüz Kərimov kimdir? (DOSYE)
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib. Gündüz Kərimov Birinci vitse-prezidentin 4-cü köməkçisidir.
Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.
1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.
1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.
2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edibr.
1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.
2002 – 201-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 – 2014 – BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2014 – cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bundan başqa, o. 2002-ci ildən hal-hazıradək Baker McKenzie hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, partnyoru, Bakı ofisinin idarəedici partnyorudur (2012-dən).
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.
Evlidir, iki övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkimin ölümü ilə bağlı şok ittihamlar - Villa, 150 min dollar, alver...
Bakıda iyrənc mənzərə - Zəhərlənə bilərsiniz - FOTO
Ziya Məmmədovun villası yandı - VİDEO
"Baykar" yeni PUA-larını təqdim edəcək
Azərbaycanda tələbə təqaüdlərinin məbləği artırılıb
Xüsusi rejim qərarından sonra səssiz Bakı gecəsi - FOTOREPORTAJ