Prezidentin köməkçisi: "Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır"
“Hücumların çoxu Ermənistan ərazisindən həyata keçirilir. Azərbaycanın beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını rəhbər tutaraq özünümüdafiə hüququ var. Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan mülki şəxslərlə müharibə aparmır və aparmayacaq:
“Azərbaycanla Ermənistan arasında olan fərq də məhz budur. Biz döyüş meydanında müharibə aparırıq. Biz Ermənistanın mülki şəxslərinə qarşı müharibə aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı tədbirlər görürük. Bu, bizim mədəniyyətimizidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO