Prezident Rasim Balayevə nə deyib? - Açıqlama
Xalq artisti Rasim Balayev bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşməsi barədə danışıb.
Minval.info-nun məlumatına görə, sənətkar “Ölkə.Az”ın əməkdaşı ilə bildirib ki, ölkə rəhbəri ona tez-tez görüşəcəklərini deyib:
“Tədbirə sənətkarlar da dəvət edilmişdi. Zeynəb Xanlarova, Tahir Salahov, mən və bir neçə sənətkar yaxın oturmuşduq. Tədbirdən çıxanda biz tərəfə də yaxınlaşdı. Ayaqüstü qısa söhbətimiz oldu. Yaradıcılıqla bağlı heç nə danışmadıq. Çünki orada elə geniş danışmağa imkan da yox idi. Sonra dedi ki, sağlıq olsun, hələ tez-tez görüşəcəyik”.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Qeyd edək ki, mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti Rasim Balayevlə görüşüb söhbət etmişdilər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır